Zəvvarlarımız oktyabrın 11-dən ölkəyə qayıdır
Bizi izləyin

Qırmızı.az

Zəvvarlarımız oktyabrın 11-dən ölkəyə qayıdır

Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlarımızın müqəddəs missiyası başa çatıb.

Zəvvarlarımızın qayıdışı isə oktyabrın 11-dən etibarən mərhələli şəkildə həyata keçiriləcək. Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, azərbaycanlı zəvvarlar Həcc ayinlərini Məkkədə bitirərək Həzrət Muhəmmədin (s) qəbri-şərifini ziyarət etmək üçün artıq bu gündən Mədinə şəhərinə yola düşməyə başlayıblar. Qeyd edilən səfər Həcc ziyarətinin vacib şərtlərindən olmasa da, bu, hər il hacıların öz arzusu ilə həyata keçirilir.

Qeyd edək ki, Suriyada baş verən hadisələri və regionda İŞİD terror təşkilatının yaratdığı təhlükəni nəzərə alan Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə səfərləri bu il də yalnız təyyarə reysləri ilə təşkil edib.

Xatırladaq ki, Həcc ziyarətinə bu il Azərbaycandan 4 minə yaxın zəvvar gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm