Dövlət Bayrağı Günü ilə əlaqədar iki gün iş olmayacaq
Bizi izləyin

Qırmızı.az

Dövlət Bayrağı Günü ilə əlaqədar iki gün iş olmayacaq

Azərbaycanda Dövlət Bayrağı Günü ilə əlaqədar iki gün iş olmayacaq.

Publika.az xəbər verir ki, Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da qeyri-iş günüdür. Lakin bu tarix həftənin bazar gününə təsadüf etdiyindən noyabrın 10-u da qeyri-iş günü olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək Məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə bu bayramlar avtomatik olaraq növbəti iş günlərinə keçirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm