DİN Göygöldəki qəza ilə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN Göygöldəki qəza ilə bağlı məlumat yaydı

DİN Göygöldəki qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) “Mercedes” və “KamAz” markalı avtomobillərin toqquşmasıyla bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, oktyabrın 9-da saat 03:00 radələrində Göygöl rayonunun Hacıməlik kəndində Gürcüstan vətəndaşı Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusunu qarşıda gedən Ağstafa rayon sakini Mehman Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub və avtobusda yanğın baş verib.

V.Osmanovun sərnişinlərindən - Gürcüstan vətəndaşı Fuad İsgəndərov və 20-25 yaşlı kişi hadisə yerində ölüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm