• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nazirlikdən arıçılıq məhsulları yarmarkasındakı davaya münasibət

Nazirlikdən arıçılıq məhsulları yarmarkasındakı davaya münasibət

“Qırğızıstandan bir nəfər arıçı yarmarkaya bal gətirməklə bağlı müraciət edib. Həmin bal da yoxlanılıb, standarta uyğun olduğu üçün də satışına icazə verilib”.

Bunu Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev arıçılıq məhsulları yarmarkasında yerli və Qırğızıstandan gələn arıçılar arasındakı davaya münasibət bildirərkən deyib.

M.Hacıyev məsələni şişirtməyə ehtiyac olmadığını bildirib:

“Bir neçə gün əvvəl qonşu satıcı ilə Qırğızıstandan gələn arıçı arasında kiçik söz-söhbət olub. Məsələ artıq həll olub. Bunu şişirtməyə ehtiyac yoxdur, iki satıcı arasında belə problem ola bilər.

İllərdir təşkil edilən arıçılıq məhsullarının yarmarkası bu il də yüksək səviyyədə təşkil edilib. Bu il arıçılara ayırılan satış yerinin sahəsi ötən ilkindən iki dəfə çoxdur. Keçən il 300 idisə, bu il 400-dən çox arıçı iştirak edib. Respublika Baytarlıq Laboratoriyasının rəyi veriləndən sonra məhsullar satışa çıxarılıb”.

M.Hacıyev Qırğızıstandan gətirilən balı keyfiyyətsiz olması ilə bağlı iddialara da cavab verib: “Kiminsə nəsə deməyi ilə deyil. Bizim əlimizdə laboratoriyanın nəticəsi var, ona uyğun da satışa icazə verilib”.

Yerli arıçıların daha bir narazılığı qırğız satıcıların balı baha satmalarına gəldikdə, M.Hacıyev bu ildən standart qiymətin olmadığını bildirib: “Biz qiymət məsələsinə müdaxilə etmirik. Bu il qiymət sərbəstdir və alıcı da baxır, xoşuna gələn balı alır”.

Xatırladaq ki, mətbuatda arıçılıq məhsulları satış yarmarkasına Qırğızıstandan gələnlərlə yerli arıçılar arasında dava düşməsi ilə bağlı məlumat yayılıb.

Qeyd edək ki, oktyabrın 1-dən Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılıq məhsullarının sərgi-satış yarmarkası işə başlayıb. Yarmarka oktyabrın 31-dək davam edəcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR