• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ADU-da "Ənənəvi Çin təbabəti" mövzusunda seminar keçirildi

ADU-da "Ənənəvi Çin təbabəti" mövzusunda seminar keçirildi

Oktyabrın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində “Ənənəvi Çin təbabəti” mövzusunda seminar keçirildi. Seminar yaşlı nəslə ehtiram günü kimi qeyd edilən “Çunyan” Çin milli bayramına həsr olundu.

Tədbirdə ADU-nun Tədris işlər üzrə prorektoru Vazeh Əsgərov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Azərbaycan Xalq Təbabəti Mərkəzi və TİENS şirkətinin Azərbaycandakı filialının nümayəndələri və ADU-nun müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbiri açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov humanitar sahədə çoxşaxəli Azərbaycan-Çin əməkdaşlığı haqqında məlumat verərək, iki ölkə arasında 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı imzalanmış “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında razılaşma”-nın həyata keçirildiyini xüsusi qeyd etdi.

Tədbirdə iştirak edən Tədris işləri üzrə prorektor Vazeh Əsgərov Çin mədəniyyəti, o cümlədən Çin təbabəti və əczaçılığının zənginliyi qeyd edərək ADU-da Çin dili və mədəniyyəti mərkəzində keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğuladı.

ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri ənənəvi Çin və Azərbaycan tibbinin yaranması və inkişafı tarixindən, köhnə təbib-konfusilərin tibbi sınağından, həyat qüvvəsi haqqında daos doktrinasından, Çinin təcrübəli həkimləri və Çinin müalicəvi otlarından faydalanan Qarabağ, Şamaxı, İrəvan, Təbrizin görkəmli orta əsr Azərbaycan həkimlərinin fəaliyyətindən danışdı.

Seminar çərçivəsində TİENS Beynəlxalq Çin şirkətinin təqdimatı oldu. Təqdimatda şirkətin Azərbaycan nümayəndəliyinin direktoru xanım Si İ və şirkətin meneceri Gülnar Hüseynova qədim Çin təbabəti reseptləri əsasında istehsal edilmiş təbii ekstraktlı yüksək texnologiyalı məhsullar - “Tyanşı” haqqında danışdılar. Seminarda çıxış edən Azərbaycan Xalq Təbabəti Mərkəzinin nümayəndəsi Kəmalə Həsənova müalicə sahəsində xalq təbabətinin reseptləri və metodlarının istifadəsi üzrə mərkəzin fəaliyyətindən danışdı.

“İnam" Çin tibb Mərkəzinin direktoru, professor Etibar Kazımov öz növbəsində müasir müalicəvi praktikada Çin tibb üsullarının istifadəsi haqqında məlumat verdi.

Tədbirin sonunda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin və Azərbaycan dillərində nəşr edilmiş “İlham Əliyev – iki qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitabı qonaqlara hədiyyə verildi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR