FHN-dən maarifləndirici tədbir
Bizi izləyin

Qırmızı.az

FHN-dən maarifləndirici tədbir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları Zaqatala şəhər 3 saylı tam orta məktəbində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları, mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda maarifləndirmə tədbiri keçiriblər.

Publika.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan qorunmaq, baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması və bu zaman insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsinə dair biliklərin çatdırılmasl olub.

3 saylı məktəbin direktoru qeyd edib ki, fövqəladə hallar mövzusunda aparılan hər bir təbliğat işinin təhlükəsizliyimiz üçün çox böyük əhəmiyyəti var. Bu mövzuda daha çox məlumatlı olmağımızın vacibliyini 2012-ci ilin may ayında baş verən zəlzələ bir daha sübut edib.

Sonra Mərkəz əməkdaşları “Fövqəladə hal anlayışı”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallarda qorunması”, “Təbii fəlakət və texnogen qəzalar zamanı mülki müdafiə hazırlığının təşkil olunması”, “Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Fövqəladə hallar zamanı əhalinin təxliyə olunması”, “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar?” və sair mövzularda ətraflı məlumatlar verilib.

Çıxışlardan sonra “Zəlzələ vaxtı və ondan sonra nə etməli?” və “Dəm qazı və ya gözəgörünməz qatil” adlı video-çarxlar nümayiş olundu, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm