16 yaşlı qızı qaçırdı, sonra öldürdü
Bizi izləyin

Qırmızı.az

16 yaşlı qızı qaçırdı, sonra öldürdü

Oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Publika.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ilkin araşdırmalar zamanı S.Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədi ilə oğurlanıb Hacıbədəlli kəndinə aparılması və aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən boğulması müəyyən edilib.

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm