• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

DSMF sədri: “Bu il 7000-ə yaxın vətəndaş elektron xidmətlərdən yararlanıb”

DSMF sədri: “Bu il 7000-ə yaxın vətəndaş elektron xidmətlərdən yararlanıb”

2014-cü ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Publika.az xəbər verir ki, bunu DSMF-nin sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

E.Mehdiyev Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sisteminin mövcud olduğunu və DSMF tərəfindən göstərilən elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını diqqətə çatdırıb. Məlumat verilib ki, Fondun mərkəzi məlumat bazasında 1 milyon 285 min nəfər pensiyaçı və 2 milyon 886 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır ki, bu da ölkə əhalisinin 43 faizindən çoxunu təşkil edir.

Hazırda sığortaedənlər tərəfindən DSMF orqanlarına cari ilin 3-cü rübü üçün hesabatların təqdim olunmasının davam etdiyini vurğulayan Fond sədri bildirib ki, bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edə bilərlər.

DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq, bu ilin 22-23 oktyabr tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb. Tədbirdə Assosiasiyaya üzv olan xarici ölkələrin sığorta-pensiya qurumlarının rəhbər vəzifəli şəxslərinin, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR