ATƏT-in monitorinqi insidentsiz başa çatdı
Bizi izləyin

Qırmızı.az

ATƏT-in monitorinqi insidentsiz başa çatdı

ATƏT-in Füzuli rayonunda monitorinq baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 9-da Füzuli rayonu, Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Peter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm