Qənirə Paşayeva Bolu valisi ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Bolu valisi ilə görüşüb

Türkiyənin Bolu bölgəsinə səfəri zamanı Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Qənirə Paşayeva onu Türkiyənin Bolu bölgəsinin Fəxri Vətəndaşı adına layiq gördükləri üçün Bolu bölgəsinin sakinlərinə, Bolu bələdiyyəsinə və valisinə təşəkkürünü bildirib.

Millət vəkili Qənirə Paşayeva “Bundan sonra da nəfəsim yetdikcə Azərbaycan, Fəxri vətəndaşlığını aldığım Bolu da daxil olmaqla Türkiyənin və eləcə də Türk dünyası əlimdən gələni əsirgəməyəcəyəm”-, deyərək bir daha Bolu bölgəsinin sakinlərinə, Bolu bələdiyyəsinin sədri Alaaddin Yılmaza və bələdiyyə nümayəndələrinə öz dərin minnətdarlığını bildirib. Millət vəkili Qənirə Paşayeva Boluya səfəri çərçivəsində həmçinin Bolu valisi Ahmet Zahteroğulları görüşüb və ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışmışdı.

Millət vəkili Boluda həmçinin Türk sinemasının sultanı Türkan Şorayla da görüşüb. Görüşün sonunda onu Azərbaycana dəvət edən Qənirə Paşayeva Türkan Şorayı yenidən Azərbaycanda görmək məmnun olacaqlarını deyib. Azərbaycanı çox sevdiyini deyən Türkan Şoray Azərbaycana təkrar gəlməkdən və görməkdən hər zaman böyük məmnuniyyət duyacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm