• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Biləsuvarda iki qardaşın güllələnməsinin təfərrüatları

Biləsuvarda iki qardaşın güllələnməsinin təfərrüatları

Biləsuvar rayonunda iki qardaşın güllələnməsinin təfərrüatı məlum olub.

Bu barədə Teleqraf.com-a Biləsuvar rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Kənd sakinləri Adış Novruzov və onun qardaşı Bayram tüfəngdən açılmış atəşdən aldıqları güllə yaraları ilə xəstəxanaya gətiriliblər.

Hadisəni münaqişə zəminində törətmiş kənd sakini Fərhad İsmayılov könüllü olaraq Biləsuvar rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi “Tula” markalı ov tüfəngini təhvil verib.

Araşdırmalar zamanı məlum olub ki, tərəflər qonşu olublar. Qonşular arasında mübahisə 3 ildir ki, davam edib. Torpaq üstündə yaranan mübahisə sonda cinayətlə nəticələnib. Hadisədən əvvəl qonşular yenidən torpaq bölgüsü ilə bağlı sahədə mübahisə ediblər. Bu zaman Fərhad İsmayılov özündə olan tüfənglə hər iki qardaşı güllələyib.

Faktla bağlı Cinayət Məclləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR