Azərbaycan Ordusunun hərbçisi şəhid oldu
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Ordusunun hərbçisi şəhid oldu

Oktyabrın 9-da saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərimizin doğmalarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm