• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıdan paytaxtın bir sıra qəsəbələrinə gediş-gəliş məhdudlaşdırılacaq

Bakıdan paytaxtın bir sıra qəsəbələrinə gediş-gəliş məhdudlaşdırılacaq

Oktyabrın 9-u axşam saatlarından etibarən Bakıdan paytaxtın bir sıra qəsəbələrinə və əks istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, bu gün axşam saat 20:30-dan etibarən təmir-quraşdırma işləri tam başa çatanadək Bakıda metronun “Koroğlu” stansiyasından keçməklə Buzovna, Mərdəkan, Şüvəlan, Qala, Zabrat, Maştağa istiqamətlərində, oktyabrın 10-da isə əks itiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə çatdırılır ki, Olimpiya stadionu ilə üzbəüz hissədə yeni informasiya lövhəsinin quraşdırılması ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sıxlığın, tıxacların yaranmaması üçün həmin istiqamətlər üzrə hərəkət edən sürücülərdən xahiş edir ki, alternativ yol kimi Aeroport-Hövsan beton yolundan istifadə etsinlər".

Onun sözlərinə görə, quraşdırılan informasiya lövhələri böyük əhəmiyyət daşıyır və sürücülərin rahatlığının təmin edilməsi üçündür: "Adıçəkilən istiqamətlərdə hərəkətin məhdudiyyəti informasiya lövhəsinin quraşdırılması işləri başa çatanadək davam edəcək".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR