Qırmızı.az
Karvan Ticarət Mərkəzi bir il sonra yenə yandı: 1 ölü, 6 yaralı (YENİLƏNİB)
Sumqayıtda “Karvan” Ticarət Mərkəzində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Publika.az-a verilən məlumata görə, təxminən saat 21 radələrində nazirliyin 112 qaynar xəttinə məlumat daxil olub. Hadisə yerinə dərhal yanğınsöndürənlər və xilasedicilər göndərilib. Alov mərkəzin üçüncü və dördüncü mərtəbələrini əhatə edib. Yanğının yayılmasının qarşısı alınıb və alov lokallaşdırılıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.Yanğının səbəbi aparılan araşdırmalardan sonra məlum olcaq.
Hadisə şahidlərinin Publika.az-a verdikləri məlumata görə, yanğının dükanlardan birindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə açıqlama verib. Nazir müavini bildirib ki, yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 6 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər.
Qeyd edək ki, ötən ilin oktyabr ayında da "Karvan" Ticarət Mərkəzində yanğın baş vermişdi.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!