Qırmızı.az
Karvan Ticarət Mərkəzindəki yanğında ölən kimdi?: RƏSMİ AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki Karvan Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi açıqlama yayıb.
Publika.az nazirliyin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində Karvan Ticarət mərkəzində yanğın hadisəsi baş verməsi haqqında məlumat verilib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.
Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?