FHN Binəqədidə müşavirə keçirib
Bizi izləyin

Qırmızı.az

FHN Binəqədidə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda Binəqədi rayonunda müşavirə keçirib.

FHN-dən Oublika.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbirin əhəmiyyətindən bəhs edib, baş verən yanğın faciələrinin və dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğulayıb.

Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov cari ilin 9 ayı ərzində baş verən yanğınların statistikası və onların başvermə səbəbləri barədə məlumat verib. O qeyd edib ki, belə hallarla mübarizə etməyin yolları maarifləndirmə işinin daha da artırılması, eləcə də reydlər zamanı yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması halları ilə bağlı daha ciddi tədbirlərin görülməsidir.

Müşavirədə Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyi, qaz istismar sahəsi, enerji təchizatı və satışı idarəsi, Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının əməkdaşları “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti: problemlər və həlli yolları” “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti: problemlər və həlli yolları ,“Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.

Müşavirədə rayon ərazisindəki bir çox yerdə yanğın hadisələri zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil olmasına əngəl yaradan dəmir dirəklərin və şlaqbaumların artıq söküldüyü, binalararası beton maneələrin yığışdırıldığı qeyd olunub. Həmçinin hələ də mövcud olan problemlər və onların həlli istiqamətində görüləcək işlər barədə məlumat verilib.

Tədbirdə yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm