Musa Yaqubun səhhəti ağırlaşdı, Türkiyəyə aparıldı – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Musa Yaqubun səhhəti ağırlaşdı, Türkiyəyə aparıldı – ÖZƏL

Tanınmış şair Musa Yaqubun səhhəti ağırlaşıb.

Şairi əməliyyat olunmaq məqsədi ilə Türkiyəyə aparıblar. Bu barədə Publika.az-a Musa Yaqubun gəlini Gülər xanım məlumat verib.

Gəlinin sözlərinə görə, Musa Yaqubun böyrəyində yaşadığı problemlər onu birdən-birə yatağa salıb: “Vəziyyəti yaxşı idi, amma böyrəyində olan problemlər onun səhhətinə ciddi təsir göstərdi. Ağrıları artdı və qərara gəldilər ki, onu Türkiyəyə aparıb orada müalicə etsinlər. Əslində, onun böyrəklərində lap cavanlıq illərindən çoxdan problem yaranmışdı. Cavan olduğu müddətdə bu ağrılara dözürdü, amma yaşa dolduqca bu problem dərinləşdi. Həkimlər onun böyrəyində xırda daşların olduğunu dedilər. Dəfələrlə Bakıda həkim müalicəsi aldı, amma xeyri olmadı. Səhhəti yaxşılaşmaq əvəzinə daha da pisləşdi. Dostları dedilər ki, Türkiyədə bu problemi həll etmək olar. Həkimlər müayinə edəcəklər, mümkün olsa, daşlar əridiləcək, mümkün olmasa, şair əməliyyat olunacaq. İnşallah, Allah özü kömək olar”.

Gəlinin sözlərinə görə, Musa Yaqub azı bir həftə Türkiyədə həkim nəzarətində olacaq. Onu da öyrəndik ki, Musa Yaqubu Türkiyəyə oğlu aparıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm