Sualtı səhnələrin lentə alındığı yeni serial başlayır
Bizi izləyin

Qırmızı.az

Sualtı səhnələrin lentə alındığı yeni serial başlayır

"Oscarfilm" prodakşının istehsalı olan "Səni ürəyim sevdi" serialı İlqar Fəhminin "Ay tutulanda" povesitinin motivləri əsasında çəkilir.

Pressaz.com saytının xəbərinə görə, çox yaxında "ATV" kanalında tamaşaçıların görüşünə yeni bədii televiziya serialı gəlir. "Oscarfilm" prodakşının istehsalı olan "Səni ürəyim sevdi" serialı İlqar Fəhminin "Ay tutulanda" povestinin motivləri əsasında ekranlaşdırılıb. Tanınmış rejissor Yaşar Əhmədovun imzası ilə ərsəyə gələn filmin quruluşçu rejissoru Şahin Qəhrəmandır. Sevgi və ailə dramı tandemi ilə zəngin süjet xəttinə malik filmin baş rollarını tanınmış aktyorlar Anar Heybətov, Şəlalə Şahvələdqızı, Nazir Rüstəmov, Əjdər Zeynalov, Cəlal Məmmədov və gənc aktyorlar Murad İsayev, Xumar Səlimova ifa edirlər.


Filmin çəkilişində ən son texniki avadanlıqlardan istifadə edilib və Azərbaycanda ilk dəfə sualtı səhnələr lentə alınıb. Hərkəsin maraqla gözlədiyi yeni serial 13 oktyabrdan etibarən, həftəiçi dörd gün "ATV" kanalında yayımlanacaq.

Qeyd edək ki, seriala informasiya dəstəyini Publika.az saytı verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm