Qırmızı.az
Aida İmanquliyevaya həsr olunmuş sərgi açıldı
AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan alimi, professor Aida İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş geniş ədəbiyyat sərgisi təşkil olunub.
Publika.az-ın məlumatına görə, sərgini giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli xalqımızın böyük zəka və fövqəl istedad sahiblərindən biri olan tanınmış ədəbiyyatşünas, şərqşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyatından, zəngin elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən ətraflı bəhs edib. A.Əliyeva-Kəngərli alimin Azərbaycan şərqşünaslıq elminin və elmi məktəbinin formalaşmasında və inkişaf etdirilməsində müstəsna rolunun, xüsusilə ərəbşünaslığın, ərəb ədəbiyyatının geniş tədqiqatlara cəlb edilərək fundamental ümumiləşdirilmələr aparılmasında əvəzsiz xidmətlərinin olduğunu və fəaliyyət epoxasının maraqlı məqamlarını dilə gətirib.
Sərgidə alimin “Cübran Xəlil Cübran”(1975; 2002), “Qələmlər
birliyi və Mixail Nuaymə” (2002), “Yeni ərəb ədəbiyyatı
korifeyləri”(2003), “Şərq və Qərb: Ortaq mənəvi dəyərləri” (2004)
kimi , eləcə də onun həyat və yaradıcılığına həsr olunmuş
Səlahəddin Xəlilovun “Şərq ruhunun Qərb həyatı” (2009), Şərəf
Cəlillinin “Daşda çiçək açan Dilbər”, eyni zamanda “Dünya deyilən
sənmişsən”, “Романтическая поэзия в контексте Восточно-Западной
проблематики” (2009) kitabları, həmçinin AMEA MEK-də “Azərbaycanın
elm və mədəniyyət xadimləri” seriyası ilə 2009-cu ildə tərtib
edilən və alimin həyat və yaradıcılığının biblioqrafiyalaşdırılması
sahəsində böyük əhəmiyyətə malik “Aida Nəsir qızı İmanquliyeva:
Biblioqrafiya” və s. 100-ə yaxın kitab , 40-dan çox məqalə, virtual
görüntülər, video filmlər və fotomateriallar oxuculara nümayiş
etdirilib.
Qeyd edək ki, sərgi 15 gün müddətində davam edəcək.
Cəvahir
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər