"Army”dəki partlayışla bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

"Army”dəki partlayışla bağlı cinayət işi açıldı

Biləcəri qəsəbəsindəki “Army” marketin ərzaq anbarında baş verən partlayışla bağlı cinayət işi açılıb.


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Publika.az-a daxil olan birgə məlumata görə, oktyabrın 8-də saat 18:00 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri dairəsi adlanan ərazidə yerləşən yeni tikilmiş çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Army” marketin ərzaq anbarında, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayış baş verib. Partlayış zamanı 1992-ci il təvəllüdlü Əhmədov Ehtiram Nadir oğlu ölüb, 1970-ci il təvəllüdlü Heydərova Əfşan Hüseyn qızı, 1993-cü il təvəllüdlü Namazzadə Kənan Rəsul oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Azər Nail oğlu, 1985-ci il təvəllüdlü Babayev Rahib Sergey oğlu, 1989-cu il təvəllüdlü Ədilov Qəhrəman Məzahir oğlu, 1984-cü il təvəllüdlü Eminov Rüfət Mənsur oğlu, 1974-cü il təvəllüdlü Ramazanova Cəmilə Ziyəddin qızı və 1996-cı il təvəllüdlü Məcidzadə Pərişan Rövşən qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstaxanaya yerləşdirilib.


Həmçinin yaxınlıqda olan avtomobillərə ziyan dəyib.


Fakt üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması şəhər prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.


İş üzrə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər və rayon prokurorluqlarının, Bakı Şəhər Baş Polis İdarəsi və rayon Polis İdarəsinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri yerinə yetirilib.


Hazırda istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm