Bakıda “Təhsil” və “Karyera” sərgilərinin açılışı olub
Bizi izləyin

Qırmızı.az

Bakıda “Təhsil” və “Karyera” sərgilərinin açılışı olub

Bu gün Bakı “Expo” Mərkəzində VIII Azərbaycan Beynəlxalq “Təhsil” və VIII Azərbaycan Beynəlxalq “Karyera” sərgilərinin açılışı olub.

Publika.az-ın məlumatına görə, sərgidə dünyanın 20-dən çox ölkəsindən 122 şirkət iştirak edib. 8-ci “Təhsil” və “Karyera” sərgiləri oktyabrın 12-dək davam edəcək.

Sərginin açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov təhsil sahəsində həyata keçirilən layihələrdən danışıb və həmin layihələrin Azərbaycan təhsili barədə məlumat verdiyini qeyd edib:

“Hər bir gəncin parlaq karyera arzusu yüksək təhsildən başlanır. Yüksək təhsil isə hər kəsin üstünlüyüdür. “Təhsilin inkişafına dair dövlət proqramı” təhsil sahəsində qarşımızda duran vəzifələri müəyyən edir, təhsil sisteminin infrasturukturu, təhsil sisteminin inkişafı üçün yollar müəyyən edir”.

Nazir müavini onu da vurğulayıb ki, sərgi biznes müəssisələri, tələbələr, ali təhsil müəssisələri ilə dialoqun qurulması, yeni layihələrin müzakirə edilməsi üçün böyük platformadır. Onun sözlərinə görə, sərgidə şagird və tələbələr üçün mühüm bələdçi rolunu oynayır:

“Sərgi daha çox karyera ilə bağlı olduğuna görə, ali və ilk peşə təhsili barədə məlumat verilir. Təhsil sisteminin inkişafını müəyyən edən ana xətlərdən biri də uğurlu modellərin həyata keçirilməsidir. Layihələrin daha geniş ərazidə yayılmasının bir yolu da təhsil və karyera sərgiləridir. Bir il əvvəl həyata keçirilməyə başlayan “SABAH qrupları” layihəsi də burada təqdim ediləcək. Bu layihənin məqsədi savadlı, bacarıqlı tələbələrdən ibarət qrupların formalaşdırılmasıdır. Bu gün 2 min-dən çox gəncin müraciət etdiyi, 738 nəfərin təhsil aldığı “SABAH qrupları”nın təqdimatı olacaq. Ali təhsil müəssisələri ilə bağlı qarşımızda duran əsas prioritet onların innovasiya, təhsil-tədqiqat müəssisələrinə çevrilməsidir. Həmçinin ixtisas yönümlü peşə seçiminin müəyyən edilməsi əsas məqsədimizdir. Düzgün peşə seçimi gələcək karyera imkanlarının qurulmasında mühüm rol oynayır”.

Qeyd edək ki, "Karyera" sərgisi müstəsna olaraq yerli məzunlar üçün nəzərdə tutulub. və onlara məşğulluq imkanları təklif edən, habelə müxtəlif şirkətlərin işəgötürmə üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyəti təmin edən xüsusi platformadır. Sərgidə ixtisaslı namizədlər birbaşa stendlərə istiqamətləndirilir və beləliklə də, mövcud iş vakansiyaları haqqında ümumi məlumat verilir.

“Karyera” sərgisinə giriş iş axtarışında olan hər kəs üçün, “Təhsil” sərgisi isə yalnız sənaye peşəkarları, tələbə və abituriyentlər, habelə 10 və 11-ci sinif şagirdləri və onların valideynləri üçün açıqdır.Sərgidə ölkənin bir sıra ali məktəbləri də iştirak edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm