Nazirlik ticarət mərkəzindəki yanğınla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

Nazirlik ticarət mərkəzindəki yanğınla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda “Karvan” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 9-da saat 21:00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə 3 mərtəbəli “Karvan” ticarət mərkəzinin sahəsi 300 kv/m olan 1-ci mərtəbəsində yanğın baş verib.

Nəticədə ticarət mərkəzinin yanar konstruksiyaları və əşyaları yanıb, orada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyev tüstüdən boğularaq ölüb. Şirvan şəhər sakinləri Ramiz Əhmədova, Ramil İsmayılova və Salyan rayon sakini Nicat İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm