Yəməndəki partlayış anbaan – 47 ölü / VİDEO
Bizi izləyin

Qırmızı.az

Yəməndəki partlayış anbaan – 47 ölü / VİDEO

Paytaxt Sanada baş verən bombalı intihar hücumunda 47 nəfər həlak olub, 75 nəfər yaralanıb. Partlayış anı təhlükəsizlik kamerasına düşüb.

Publika.az xəbər verir ki, dünən şiələrin nəzarətində olan Yəmənin paytaxtı Sanada Təhrir Meydanı girişindəki nəzarət məntəqəsini hədəf alan kamikadzenin hücumu təşkil edilib. 47 nəfərin həlak olduğu hücum anı bölgədə olan təhlükəsizlik kamerası tərəfindən saniyəbəsaniyə qeyd edilib. Görüntülərdə Təhrir Meydanında hökumət əleyhinə olan mitinqə qatılmaq üçün toplaşan onlarca şəxs təxminən 8 polis məmurundan ibarət bir yoxlama nöqtəsində dayanıb. Mitinq iştirakçılarının yoxlanışı zamanı bir nəfər tünlüyə girərək üzərindəki bombanı partladıb.

Yəmən Səhiyyə Nazirliyindən verilən açıqlamada partlayış nəticəsində 47 nəfər öldüyü, 75 nəfərin yaralandığı bildirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm