• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Partlamamış hərbi sursatlar zərərsizləşdirildi

Partlamamış hərbi sursatlar zərərsizləşdirildi

Sentyabr ayında Azərbaycanda həyata keçirilmiş əməliyyatlar nəticəsində 131 partlamamış hərbi sursat (PHS) aşkar edilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Publika.az-a verilən məlumata görə, bu ilin sentyabr ayı ərzində 1 milyon 764 min 278 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 131 PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 268 milyon 475 min 640 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 min 681-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Goranboy, Füzuli, Qazax, Tərtər eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Səngəçal qəsəbəsində davam etdirilir.

Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmadığından zərər çəkənlər də olmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR