“Region Gənclərinin I Sağlamlıq Forumu” keçiriləcək
Bizi izləyin

Qırmızı.az

“Region Gənclərinin I Sağlamlıq Forumu” keçiriləcək

“Region Gənclərinin I Sağlamlıq Forumu” keçiriləcək

Hacıqabul rayonunda “Region gənclərinin 1-ci Sağlamlıq Forumu” öz işinə başlayacaq.

Publika.Az-ın verdiyi xəbərə görə, forum Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunan Forum Gənclər və İdman Nazirliyi Hacıqabul rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə keçiriləcək.

Forumun keçirilməsində əsas məqsəd region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmaqdır.

Forumda Şirvan, Hacıqabul, Səlyan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Qobustan və Qaradağ rayonlarından 500-ə yaxın yeniyetmə və gənc iştirak edəcək. Tədbir Hacıqabul rayon Mədəniyyət Evində təşkil olunacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm