Qırmızı.az
Slayvan Universiteti distant təhsilə hazırlaşır
Bakı Slavyan Universitetində distant təhsilin həyata keçirilməsinə başlanacaq. Ötən ildən bu istiqamətdə işlər başlanıb, bu il daha da sürətlənib və artıq distant təhsil mərkəzi yaradılıb. Bu, Azərbaycanda ilk dəfə pilot layihə olaraq həyata keçiriləcək. Bunu Publika.az-a açıqlamasında Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev deyib.
Rektor tədrisə başlamaq üçün hazırlıq işlərinin görüldüyünü bildirib.
“Türkiyə, Rusiya və bir sıra xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlıq qurulur. Çalışacağıq növbəti ildən distant təhsilin elementlərini tətbiq edək”.
Rektor universitetdə yeni qaydalar tətbiq edildiyini deyib. O, qarşıda duran əsas vəzifələrdən birinin məhz elmi tədqiqatla tədrisi birləşdirmək olduğunu vurğulayıb:
“Universitetin təhsil modelini tam müasirləşdirəcəyik. Baloniya prosesinə uyğun olaraq xarici ölkələrdən tələbələr cəlb edirik. Həmçinin tələbələrin tədris prosesində iştirakını təmin edirik. Tələbənin təhsildə rolunu artırmağa çalışırıq. Təhsilini, tədris planını tələbənin özünün planlaşdırmasını təmin etməyi nəzərdə tuturuq. Bu idarəçilik elementləri var, bu ildən həmin imkanlar daha da artırılıb. Əvvəlki illərdə valideynlər imtahan prosesində iştirak edirdilərsə, artıq tələbələrin bu prosesə qoşularaq prosesə nəzarət etmələrinə şərait yaradırıq. Çalışırıq ki, universitet idarəçiliyin bütün pillələrində tələbələr təmsil olunsun, onların fikirləri nəzərə alınsın. Bu vaxta qədər də iştirak edirdilərsə, bu ildən qanuniləşdirməyi planlaşdırırıq”.
Gülxar
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT