Azərbaycanlı tələbələr Cenevrədə tədbir keçirdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı tələbələr Cenevrədə tədbir keçirdi - FOTOLAR

Cenevrə Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələr ölkəmizə həsr olunan tədbir keçiriblər.

Publika.az-ın məlumatına görə, tədbirdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafında əhəmiyyətli rolu barədə söhbətlər aparılıb.

Universitetin tələbəsi Rüstəm Hüseynli çıxışında bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətidir:

"Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu uğurların təməlində ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyaları dayanır. Bu gün həmin ideyalar Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır".

Diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq iqtisadi layihələrin reallaşmasında öz qətiyyətli mövqeyini ortaya qoyaraq, dünya ölkələri sırasında yerini möhkəmləndirməkdə davam edir.

Tələbə Asim Müslümlü bildirib ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib:

"Ötən il oktyabrın 9-da Prezident İlham Əliyevin yenidən ölkə rəhbəri seçilməsi bütövlükdə Azərbaycanın tərəqqisi istiqamətində atılacaq yeni addımların davamı oldu. Artıq həmin hadisədən bir il ötür. Bu bir il ərzində Azərbaycan əvvəlki illərdə olduğu kimi, çox mühüm uğurlar qazanmağa müvəffəq olub. Azərbaycanda sağlam gənclik mühiti mövcuddur. Bu mühiti isə bizə dövlətimizin başçısı bəxş edib".

Tələbə Tamerlan Abdullayev və Mirqasım Əfəndiyev Azərbaycan dövləti tərəfindən gənclərə, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.

Bildirilib ki, Azərbaycan gəncləri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirirlər.

Tədbir çərçivəsində tələbələrimizlə görüşən Cenevrə Beynəlxalq Universitetinin rektoru Erik Vilyamson Azərbaycanın dünyadakı rolu və əhəmiyyəti haqqında danışıb.

Bildirilib ki, müstəqil Azərbaycan gənc dövlət olmasına baxmayaraq bu gün Avropanın, o cümlədən dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında yer alıb.

Rektor ölkəmizin bu uğurlarının təməlində Azərbaycan Prezidenti İlham Əliyevin güclü idarəçilik qabiliyyətinin, demokratik dəyərlərə üstünlük verməsinin, novatorluğunun, Avropaya inteqrasiya istiqamətindəki uğurlu səylərinin və müasir dünyagörüşünün olduğunu vurğulayıb.

O həmçinin qeyd edib ki, azərbaycanlı tələbələr ictimai fəallıqları ilə Cenevrə Beynəlxalq Universitetinin müəllim və professor heyəti tərəfindən rəğbətlə qarşılanır.

Erik Vilyamson tələbələri Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallının Cenevrə Beynəlxalq Universitetinin kitabxanasına hədiyyə etdiyi, Prezident İlham Əliyevin fəaliyyəti, ölkəmizin mədəniyyəti və tarixi haqqında kitablarla tanış edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm