Qırmızı.az
FHN-in maarifləndirmə tədbirləri davam etdirilir
FHN-in Gəncə Regional Mərkəzi Gəncə şəhər 7 saylı tam orta məktəbində “Məktəblərdə payız aylarında təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.
Publika.az xəbər verir ki, tədbirin keçirilməsi ərazidə yaşayan əhalinin təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə xəbərdar edilməsi, həmçinin payız mövsümü ilə əlaqədar baş verə biləcək sel və daşqınlar, torpaq sürüşməsi, zəlzələ kimi təbii fəlakətlərin profilaktikası məqsədini daşıyıb.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, sel və daşqınların baş verdiyi bölgələrdə yaşayan insanlar hər zaman yaşadığı ərazinin xüsusiyyətlərinə öncədən hazırlıqlı olmalıdır. Sel və daşqınların əsas səbəbləri davamlı leysan yağışları, drenaj kanallarının tıxanması, dağlıq bölgələrdə isə qar əriməsi və ya yağışla birləşən qar sularıdır.
Sonra “Daşqın təhlükəsi” və Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında video-çarxlar nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, şagirdlər arasında mövzu ilə bağlı viktorina keçirilib.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi