Görüşə gələn qadının alt paltarından narkotik çıxdı
Bizi izləyin

Qırmızı.az

Görüşə gələn qadının alt paltarından narkotik çıxdı

Həbsxanaya əri ilə görüşə gələn qadının alt paltarından narkotik tapılıb. Bu barədə Publika.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilmiş, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Ağamusa Hüseynağa oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Bakı şəhəri, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2, ev 8 ünvanında yaşayan vətəndaş Minayə Əbdülməmməd qızı Bağırovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zaman qadının alt paltarında gizlətdiyi 1 ədəd sellofana bükülmüş xalis çəkisi 18,45 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm