Temperatur yüksələcək
Bizi izləyin

Qırmızı.az

Temperatur yüksələcək

Azərbaycanda oktyabrın 12 və 13-də havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin səhər bəzi yerlərdə hava çiskinli olacaq. Mülayim cənub küləyi ilə əsəcək.


Havanın temperaturu gecə 12-14, gündüz 19-23 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə gecə və səhər duman olacaq, şərq rayonlaraımnda çiskinli yağış yağacaq. Mülayim şərq küləyi bəzi dağlıq ərazilərdə arabir güclənəcək.


Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm