Azərbaycan bu aviareysi heç vaxt bərpa etməyəcək - Rəsmi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan bu aviareysi heç vaxt bərpa etməyəcək - Rəsmi

“Bundan sonra Bakı-Simferopol aviareysi heç vaxt bərpa olunmayacaq”.

Bu sözləri Axar.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli mart ayından etibarən uçuşların ləğv edildiyi Bakı-Simferopol aviareysi ilə bağlı danışarkən bildirdi.

AZAL sözçüsünün dediyinə görə, artıq bəzi ölkələr Simferofol istiqamətində uçuşları bərpa etsə də, Bakı istiqamətindən bu uçuşlar bərpa edilməyəcək:

“Heç vaxt bu uçuşlar bərpa edilməyəcək. Azərbaycan razı deyil bu şərtlərlə”.

Qeyd edək ki, Bakı-Simferopol-Bakı istiqamətində uçuşları AZAL həyata keçirirdi. Ukraynada siyasi vəziyyətin gərginləşməsindən bir qədər sonra AZAL bu istiqamətdə uçuşları dayandırdı. Əlavə edək ki, bir çox ölkələr kimi Ermənistan da oktyabrın sonlarına yaxın İrəvan-Simferopol istiqaməti üzrə uçuşları bərpa edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm