Nizami Süleymanov Nobel mükafatı ala bilər
Bizi izləyin

Qırmızı.az

Nizami Süleymanov Nobel mükafatı ala bilər

Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Süleymanovun rəhbərlik etdiyi alim heytəti “Pozitiv enerjinin məsafədən avtomobilin dövlət nömrə nişanına rəqəmlərlə ötürülməsi” adlı kəşfə görə Nobel mükafatı ala bilər.

Bu barədə Publika.az-a alim N.Süleymanov özü məlumat verib.

Onun sözlərinə görə, hazırda sözügedən kəşfin dünayada tanıdılması üçün dövlət tərəfindən müvafiq addımların atılması vacibdir.

N.Süleymanov deyib ki, “Pozitiv enerjinin məsafədən avtomobilin dövlət nömrə nişanına rəqəmlərlə ötürülməsi” adlı kəşf heç də Nobel mükafatına layiq görülən digər kəşflərdən dünya elmi üçün əhəmiyyətsiz deyil:

“Uzun illərdir avtomobillərdə və daxiliyanma mühərriki ilə çalışan bütün texniki vasitələrdə yanacağın yanma keyfiyyətinin yaxşılaşması üçün nanotexnologiya əsasında hazırlanmış biozərrəciklərin müsbət enerjisinin həmin avtomobillərin dövlət nömrə nişanlarına ötürülməsi nəticəsində müsbət hallar baş verib. İndiyədək xeyli sayda avtomobil sınaqdan keçirilib və yüksək nəticələr əldə edilib.

Ümumilikdə bu müddət ərzində ölkə daxilində və xaricdə 3000-dən artıq avtomobildə aparılan işlərin ümumi nəticələrini əsas götürərək proqramçı Mirzə Hüseynovla birlikdə kompüter proqramı hazırlanıb. Bu proqram bütün Azərbaycanda mövcud olan bir milyondan artıq avtomobilin dövlət nömrə nişanına müsbət enerjini ötürməyi təmin edir. Beləliklə, 2012-ci ilin iyun ayının ortalarından başlayaraq Azərbaycanda ümumilikdə nə qədər avtomobil və dövlət nömrə nişanı olan texniki vasitə (traktor, buldozer, motosiklet və s.) varsa, nanotexnologiya əsasında hazırlanmış biozərrəciklərin yaratdığı biofiziki sahənin müsbət enerjisi həmin avtomobillərə və texniki vasitələrə ötürülür. Bakıda fəaliyyət göstərən özəl və xidməti avtomobil sürücülərindən aldığımız məlumatlara görə, ciddi texniki nasazlığı olmayan bütün avtomobillərdə yanacağa ən azı 10-20 faiz arasında qənaət edilir, ətraf mühitə atılan tüstünün və zərərli qazların miqdarı ya tamamən yox olur, yaxud da kəskin azalır. Məqsəd respublikamızın iri sənaye şəhərlərində ekoloji durumu kökündən dəyişməkdir. Əgər biz bu kəşfin tətbiqini dünya miqyasında genişləndirsək və tanıtsaq, o zaman bu yer kürəsində ildə 600 milyon ton avtomobil yanacağına qənaət demək olar. Eyni zamanda dünyada ekeloji təmizlik üçün də əhəmiyyətli kəşf olar”.

N.Süleymanov bu kəşfin dünyada tanıdılması və geniş tətbiqi üçün dövlət tərəfindən maliyyə yardımı edilməsini vacib sayıb:

“Bizim o qədər imkanımız yoxdur ki, bu kəşfin dünyada tətbiqini həyata keçirək və faydalarını sübut edək. Bunun üçün də dövlət tərəfindən bizə maliyyə yardımı edilərsə, çox müsbət və faydalı olar. Bütövlükdə, bu, Azərbaycan elmi üçün də böyük uğurlar gətirər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm