Həftənin ilk iş gününün havası
Bizi izləyin

Qırmızı.az

Həftənin ilk iş gününün havası

Həftənin ilk iş günü Bakıda hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s.

Havanın temperaturunun gecə 12-15 dərəcə isti, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 13-15 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 8-13 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.


Aran rayonlarında oktyabrın 13-də əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman ehtimalı var. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm