TQDK DİN-də işləmək istəyənləri sınağa çəkdi
Bizi izləyin

Qırmızı.az

TQDK DİN-də işləmək istəyənləri sınağa çəkdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 12-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Publika.az-ın TQDK-nın rəsmi internet səhifəsinə istinadən verdiyi əbərə görə, imtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında başlayıb və 3 saat davam edib.

İmtahan nəticələri 15:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.

Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 53 namizəddən 33 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 87 bal olub.

Nəticələrlə bu linkdən baxmaq olar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm