Miqrasiya orqanlarında işləmək istəyənlər imtahan verdilər
Bizi izləyin

Qırmızı.az

Miqrasiya orqanlarında işləmək istəyənlər imtahan verdilər

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 329 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 309 nəfəri imtahanda iştirak edib, 20 nəfər imatahana gəlməyib.

Test imtahanının nəticələrinə əsasən 63 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

İmtahanın nəticələrinə buradan baxmaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm