Qırmızı.az
Ekologiya Nazirliyi: "Keyrəki vulkanının püskürmədən sonra fəaliyyət dayanıb"
Bu gün Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Keyrəki vulkanında püskürmə səngiyib və ərazidə kəskin qaz qoxusu yoxdur. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
İ.İbrahimova bildirib ki, mütəxəssislərin rəyinə əsasən növbəti püskürmə gözlənimir: “Vulkanda heç bir titrəyiş, fəaliyyət qeydə alınmır. Vulkanın fəaliyyəti tamamilə dayanıb”.
Onun sözlərinə görə, Keyrəki vulkanında püskürmənin brekçiya axını 200 metrə qədər uzanıb: “Brekçiya axınının ən qalın hissəsi 4 metr, ən nazik hissəsi isə 10 sm olub. Ətrafda xırda çatlar var. Təhlükə yoxdur. Yenidən aktivləşdirmənin olması ehtimal edilmir”.
İ.İbrahimova deyib ki, statistikaya görə, bu vulkanın aktivliyi 10-15 il arasında olur. Hər püskürmədə vulkanın gücü azalır.
Xatırladaq ki, Keyrəki vulkanında püskürmə bu gün saat 12:50 radələrində qeydə alınıb. Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyatı qrupların əməkdaşları cəmləşiblər və onlar təhlükəsizlik tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, Keyrəki vulkanında sonuncu püskürmə 2001-ci ildə baş vermişdi.
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI