Müəllim məktəbdə nə zaman namaz qıla bilməz?
Bizi izləyin

Qırmızı.az

Müəllim məktəbdə nə zaman namaz qıla bilməz?

Vətəndaşlar onları narahat edən suallarla Şeyxülislam Hacı Allahşükür Paşazadəyə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında müraciət edir.

Qafqaz Müsəlmanları İdarəsindən Publika.az-a verilən məlumata görə, Günay Əmrahova adlı vətəndaşın sualı məktəbdə namaz qıldığı üçün rus müəllimlər tərəfindən təhqir olunması ilə bağlı olub:

“Mən müəlliməyəm. Ruslarla birgə çalışıram. Lakin Azərbaycan və rus uşaqları oxuyur. Bu gün namazımı çatdıra bilməyəcəyim üçün məktəbdə qıldım. Amma rus müəllimləri görub təhqirə başladılar ki, burada icazə verilmir.

Həqiqətən Azərbaycanda müsəlman müəllimə məktəbdə namaz qılmağa izin verilmir? Əgər bu belədirsə, bu harada sənəd kimi qeyd olunub?

Vətəndaşın sualına isə QMİ-dən belə cavab verilib:

“Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı vardır. Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı bir şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Əgər sizin işlədiyiniz yer özəl müəssisədirsə, sahibinin icazəsi olmadan orada namaz qıla bilməzsiniz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmağınız tövsiyə olunur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm