Məktəbdə dava xəbəri yalan çıxdı
Bizi izləyin

Qırmızı.az

Məktəbdə dava xəbəri yalan çıxdı

Bakının Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə şagirdlər arasında dava baş verməsi və şagirdin xəstəxanaya yerləşdirilməsi xəbəri təsdiqini tapmadı.

274 nömrəli məktəbin direktoru Atakişi Cəfərov Publika.az-a açıqlamasında bildirib ki, şagirdlər arasında kiçik söz-söhbət olub, lakin dava baş verməyib.

“11-ci sinif şagirdləri Babək və Səbuhi tənəffüs zamanı sözləşiblər. Şagirdlərdən birinin zarafatı digərinin xoşuna gəlməyib. Amma xəsarət alan olmayıb. Şagirdlər hər ikisi dərsdədir. Onlarla söhbət etdik, məsələ həll oldu”.

Adıçəkilən şagirdlər də bizimlə söhbətlərində artıq barışdıqlarını dedilər və dərsdə olduqlarını təsdiqlədilər.

Xatırladaq ki, mətbuatda adıçəkilən məktəbdə şagirdlər arasında dərs zamanı dava olduğu və onlardan birinin xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm