• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda payızda yaz havası olacaq

Azərbaycanda payızda yaz havası olacaq

Azərbaycanda yaxın günlərdə havanın temperaturu yüksələcək, Bakıda temperatur 25, bəzi rayonlarda isə 27 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, oktyabrın 14-17-də ölkə ərazisində nüsbətən mülayim, sabit hava şəraiti müşahidə olunacaq. Mülayim cənub küləklərinin üstünlüyü gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Günün bəzi saatlarında havanın arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində zəif duman müşahidə ediləcək.

Oktyabrın 14-17-də havanın temperaturu gündüz 20-25 dərəcə isti olacaq. Bu temperaturlar iqlim normasına uyğundur.

Oktyabrın 14-17-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq, səhər bəzi rayonlarda duman və zəif ciskin ola bilər.

Oktyabrın 14-də günün birinci yarısında Kiçik Qafqazın bəzi ərazilərində və Lənkəran-Astara bölgəsində qısamüddətli az yağış yağma ehtimalı var. Oktyabrın 16-da axşam və 17-də bəzi şimal və qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır.

Aran rayonlarında temperatur gündüz 20-25, bəzi rayonlarda isə 27 dərəcəyə kimi yüksələ bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR