Xəzərdə qanunsuz balıq ovlayan Azərbaycan vətəndaşları saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Xəzərdə qanunsuz balıq ovlayan Azərbaycan vətəndaşları saxlanıldı

Dörd Azərbaycan və bir Qazaxıstan vətəndaşı Xəzər dənizi akvatoriyasında qanunsuz balıq ovuna görə saxlanılıb. Trend xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhliükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, istirahət günləri brokonyerlik fəaliyyətinin qarşısının alınması və dəniz resurslarının müdafiəsi üzrə birgə operativ-profilaktik tədbirlər zamanı sərhədçilər qaçaqmalçılıqla bağlı bir neçə hadisənin qarşısını alıblar. Üç üzmə vasitəsi və nərəkimilər cinsindən 71 balıq götürülüb.

Məlumatda deyilir: “Birinci halda dövlət sərhədinin pozulması haqqında məlumat daxil olanda naryad dörd Azərbaycan vətəndaşını saxlayıb. Qazaxıstanın Sahil Mühafizəsi Regional İdarəsinin sərhədçiləri “Bayda” tipli üçmühərrikli kiçik “Yamaxa-200” üzmə vasitəsi götürüblər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm