• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dövlət müşavirliyi alimlərlə müşavirə keçirdi

Dövlət müşavirliyi alimlərlə müşavirə keçirdi

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrinin və forumlararası tədbirər planının müzakirəsinə həsr olunmuş müşavirə keçirib.

Axar.az Bilik Fondunun İnformasiya Təminatı sektoruna istinadən bildirir ki, Forumun “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı bölməsində aparılan məruzələr müzakirə olunub, nəticələr təhlil edilib, eləcə də forumlararası fəaliyyət planı müəyyənləşib.

Toplantıda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Dilçilik, Ədəbiyyat İnstitutunun, Bakı Slavyan Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, elm adamları, yazarlar, tələbə-magistrlər, media təmsilçiləri ştirak ediblər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirənin iştirakçıları hər il baş tutan Bakı Humanitar Forumunun məqsəd və məramına uyğun olaraq ölkəmizdə ilboyu müxtəlif layihələrin, tədbirlərin keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.

K.Abdullayev IV Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti barədə ətraflı məlumat verərək bildirib ki, dünyanın məşhur alimlərinin, indiki və keçmiş dövlət rəhbərlərinin 14 Nobel mükafatçısının Azərbaycana gəlmələri ölkəmiz üçün böyük hadisədi. Onlar Azərbaycan elmini, mədəniyyətini, xalqını bir daha yaxından tanımaq şansı qazandılar və ölkəmizin xaricdəki dostlarının sayının artmasında müstəsna rol oynadılar. Bununla yanaşı Azərbaycan alimləri ilə dünya alimlərinin yaxın təmasları quruldu ki, bu da elmimizin inkişafına böyük töhvədir.

K.Abdullayev onu da vurğulayıb ki, Azərbaycanın iqtisadi inkişafının mənəvi inkişafımızla paralellik təşkil etdiyi xaricdən gələn mötəbər qonaqlara daha aydın şəkildə bəyan olub. Azərbaycanın təkcə xarici görünüşü deyil, insanlarımızın daxili aləmi də dəyişib, zənginləşib. Qonaqlar vətəndaşlarımızla ünsiyyətdə olduqdan sonra bu gerçəkliyi dəfələrlə dilə gətiriblər.

Dövlət müşavirinin sözlərinə 10 il öncə bölgələrdə olarkən əhali dövlət məmuruna daha çox şəxsi xahişlərlə müraciət edirdisə, indi ictimai dərdlərini səsləndirirlər. Artıq vətəndaşlar ictimai şüurla düşünürlər. Bu isə mənəvi inkişafdan xəbər verir. Mənəvi inkişaf olmayan yerdə iqtisadi inkişafa nail olmaq mümkün deyil.

Müşavirə iştirakçıları da çıxışlarnda Forumun əhəmiyyətindən danışıblar, forumlararası tədbirər planının hazırlanması istiqamətində təkliflər veriblər.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, akademik Tofiq Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov və başqaları çıxışlarında maraqlı təkliflər səsləndiriblər. Qərara alınıb ki, təkliflər proqram şəklində hazırlanıb müşavirliyə təqdim olunsun.

Müşavirədə həmçinin 1815-ci ildə ilk dəfə alman şərqşünası, diplomatı Fridrix fon Ditsin tərcüməsində "Kitabi-dədə Qorqud" dastanının dünyaya tanıdılmasının gələn il 200 illiyinin tamam olması ilə bağlı tədbirlər planının hazırlanması da müzakirə olunub.

K.Abdullayev bildirib ki, Fridrix fon Dits tərəfindən "Kitabi-dədə Qorqud" dastanının Təpəgöz boyunun alman dilinə çevrilməsinin 200-ci ilini yüksək səviyyədə qeyd etməklə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqmətimdə böyük iş görərik. Dövlət müşaviri təklif edib ki, tədbirlər planının hazırlanması üçün komissiya yaradılsın və elm adamlarının, xüsusən də Qorqudşünasların, filoloqların, ədəbiyyatşünasların təklifləri həmin komissiyaya çatdırlsın. Bu işin kooridinatorluğu Bilik Fonduna tapşırılsın.

Müşavirə iştirakçıları “Fridrix fon Dits: “Kitabi-dədə Qorqud" -200” adlı proqramın və fəaliyyət planının hazırlanmasında ciddi fəaliyyətə başlamağın vacibliyini vurğulayıblar, bu istiqamətdə görülən işlərin dekabr ayının sonuna qədər başa çatdıracaqlarına əminlik ifadə ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR