Nazir ürəyi xəstə hamilə qadını himayəsinə aldı
Bizi izləyin

Qırmızı.az

Nazir ürəyi xəstə hamilə qadını himayəsinə aldı

Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edən ailənin problemi həll edildi. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, kəskin ürək qüsuru olan ana və uşağının həyatını xilas etmək mümkün olub.

5 aylıq hamilə, Qax rayon sakini Məmmədova Ülviyyə Çingiz qızı Balakən rayonunda keçirilən qəbul zamanı nazirə müraciət edib. Ü.Məmmdova İran İslam Respublikasında olub. Orada anadangəlmə kəskin ürək qüsurundan əziyyət çəkən Ülviyyə xanıma hamiləliyin ilk aylarından sonuna kimi xəstəxanada qalmağı məsləhət görüblər. Təklifin maddi imkanları xaricində olması, həbelə psixoloji cəhətdən xarici ölkədə belə bir riskli doğuşun icra olunması təhlükəsi ilə üzləşən gənc ailənin son ümid yeri səhiyyə nazirinin qəbuluna gəlmək olub. Müraciətdən dərhal sonra nazirin xüsusi tapşırığına əsasən Ü.Məmmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib.

Hamiləliyinin son üç ayını Perinatal Mərkəzin və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin kardioloqlarının ciddi nəzarəti altında saxlanılıb və oktyabrın 1-də qeysəriyyə əməliyyatına alınıb. Əməliyyat Respublika Perinatal Mərkəzin baş həkimi S. Məmmədova və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Y.Əliyevin başçılığı altında icra olunub. Əməliyyat uğurla sona yetirilib, hazırda xanım və yeni doğulmuş körpə tam sağlamdır.

Səhiyyə Nazirliyi Ülviyə xanım kimi yüzlərlə ana olmaq arzusunda olan xanımlara yardım etməyə hazırdır. Lakin onlardan da tələb olunan məqamlarda var ki, bu da onların vaxtında həkimə müraciət etmələri, daim həkim nəzarəti altında olmalarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm