Qənirə Paşayeva Moldovada Ermənistanın işğalçılıq siyasətindən danışıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Moldovada Ermənistanın işğalçılıq siyasətindən danışıb

Millət vəkili Qənirə Paşayeva Moldovanın Qaqauz Yerini səfəri çərçivəsində Ticarət-Sənaye Palatasını ziyarət edib və Palatanın rəhbəri Paşalı Mixail Petroviç və palata nümayəndələri ilə görüşüb.

Azərbaycan ilə Moldova arasında, o cümlədən Qaqauz Yeri arasında münasibətlərin yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu deyən Ticarət-Sənaye Palatasının rəhbəri Paşalı Mixail Petroviç qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını vurğulayaraq, əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu deyib və öz tərəflərindən çalışmaları daha da artıracaqlarını qeyd edib. Millət vəkili Qənirə Paşayeva, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və bu siyasətin davamçısı prezident İlham Əliyevin hər zaman Qaqauz türklərinə sevgi və dəstəklə yanaşdığını deyərək, Azərbaycanla Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu deyib. O, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın Qaqauz Yeri ilə müxtəlif sahələrdə əlaqələrin daha da inkişaında maraqlı olduğunu qeyd edib. Millət vəkili Azərbaycanla bağlı, özəlliklə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş bilgilər verib, fikir mübadiləsi aparılıb.

O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki, dünyanın harasında yaşamasından etnik və dini mənsubiyyətindən asılı olmayaraq ədalətin və insanlığın yanında olan bütün insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Ticarət-Sənaye Palatasının rəhbəri Paşalı Mixail Petroviçə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və özünün müəllifi olduğu kitabları təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm