Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada işləmək istəyənlərin nəzərinə!
Bizi izləyin

Qırmızı.az

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada işləmək istəyənlərin nəzərinə!

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir. Komissiyadan Publika.az-a verilən məlumata görə, baş məsləhətçi vəzifəsinə müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibənin şərtlərinə gəlincə, hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, psixologiya, tarix, politologiya, fəlsəfə, jurnalistika, sosiologiya, dilşünaslıq, filologiya, regionşünaslıq və iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil almış, idarəetmə sahəsində azı 2 il iş stajı olan, MS Windows, MS Office, İnternet və s. (orta-yüksək səviyyədə, rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə) bilən şəxslər iştirak edə bilərlər.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edilə bilər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm