• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu gün Beynəlxalq Standartlaşdırma Günüdür

Bu gün Beynəlxalq Standartlaşdırma Günüdür

Bu gün Beynəlxalq Standartlaşdırma Günüdür. İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb.

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında yerli məhsulların rəqabət və ixrac qabiliyyətinin yüksəldilməsi istiqamətində beynəlxalq və Avropa standartları əsasında elektrik kabelləri və plastik borulara tələbləri təyin edən yeni milli standartların hazırlanması üzrə Saziş imzalanıb.

Ölkəmizdə standartlaşdırmanın inkişaf etdirilməsi və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İSO, İEC, CEN, CENELEC, MDB üzrə Dövlətlərarası Şura (МГС), Codex Alimentarius Komissiyası və s. bu kimi regional və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycan bu təşkilatlarda həm müşahidəçi, tərəfdaş üzv kimi, həm də tam hüquqlu üzv kimi çıxış edir.

Standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də bir sıra işlər aparılır. Hazırda standartlaşdırma sahəsi üzrə müxtəlif dövlət qurumları və özəl təşkilatlarla birgə yaradılan yeyinti və kənd təsərrüfatı məhsulları, neft-kimya və kimya məhsulları, mebel məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm, keyfiyyətin idarə olunması, ekologiya, torpağın qiymətləndirilməsi və geomatika sahələrini əhatə edən texniki komitələr fəaliyyət göstərir. Hazırda iqtisadiyyatın digər sahələrini əhatə edən texniki komitələrin yaradılması üzərində işlər aparılır.

Cari il ərzində 74 yeni standart dövlət qeydiyyatına alınmışdır. Hazırda cəmi 782 milli standart və 23000 dövlətlərarası standart (ГОСТ) Azərbaycan Respublikasında qüvvədədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR