• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

DƏHŞƏTLİ STATİSTİKA: Azərbaycanda 3 uşağı olan 15 yaşında qadınlar var

DƏHŞƏTLİ STATİSTİKA: Azərbaycanda 3 uşağı olan 15 yaşında qadınlar var

Azərbaycanda 3 uşaqlı 15-17 yaş arasında olan qadınlar var.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda 2012-ci ildə (2013-cü ilin statistik məlumatları hələ açıqlanmayıb) 15-17 yaş arasında olan qadınlar tərəfindən 3236 uşaq dünyaya gətirib. Doğumun ardıcıllığı üzrə 15-17 yaş arasında olan analar tərəfindən 15 uşaq ailənin 3-cü övladı kimi dünyaya gətirilib. 278 uşaq isə 15-17 yaş arasında olan qadınların ikinci övladı kimi dünyaya gəlib. 15-17 yaş arasında olan qadınlar tərəfindən doğulan uşaqların 67 faizi (2169 uşaq) kəndlərdə doğulub.

Qeyd edək ki, hazırda Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR