Qırmızı.az
Vulkan püskürməsinin səbəbi bilindi
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Keyrəki vulkanının baş vermə səbəblərini araşdırıb.
Bu barədə Publika.az-a adıçəkilən şöbənin müdiri Adil Əliyev məlumat verib.
“İki gün əvvəl 13:30 radələrində Keyrəki vulkan ocağında baş verən püskürmə zəif olub. Xüsusən də, 2001-ci illə müqayisədə çox zəif olub. Buna görə də, yaxınlıqdakı yaşayış evlərinə təsir etməyib. Keyrəki vulkanın püskürməsinin səbəbi ərazidə zəif seysmik aktivliyin olması ilə əlaqələndirilir. Əlbəttə, bu, ilkin ehtimaldır. Lakin ilkin ehtimala görə, vulkanın oyanmasının əsas səbəbi aktivlikdir”.
Onun sözlərinə görə, vulkanın püskürməsi nəticəsində 7.9 min kub metr tullantı yer səthinə atılıb. Bu tullantı 0.9 hektar sahəni tutub. Uzunluğu 90 və 100 metr olan iki palçıq axını əmələ gəlib.
Şöbə müdiri onu da vurğulayıb ki, vulkanın yenidən aktivləşməsi nəzərdə tutulmur. İki gün ərzində hər hansı yenilik müşahidə edilmədiyinə görə bu qənaətə gələ bilirik.
Qeyd edək ki, Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Keyrəki vulkanında iki gün əvvəl püskürmə baş verib. Bu vulkanda püskürmə 18 dəfə baş verib sonuncu püskürmə 2002-ci ilə olub.
Gülxar
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır