Qırmızı.az
Elmə ayrılan vəsaitin xərci artırılır
Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq.
Maliyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur.
Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərə yönəldiləcək.
Elmi tədqiqat layihələrinin Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7.6 mln manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5.0 mln manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 2.0 mln manat, elmi tədqiqat müəsisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4.9 mln manat nəzərdə tutulub.
Bilik Fondu üçün 2015-ci il dövlət büdcəsinə 1 mln manat vəsait nəzərdə tutulub.
Gülxar
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı