Hollandiyada Azərbaycan diaspor təşkilatlarının toplantısı keçirilib
Bizi izləyin

Qırmızı.az

Hollandiyada Azərbaycan diaspor təşkilatlarının toplantısı keçirilib

‘‘Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətinin təşəbbüsü ilə Hollandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin Haaqada toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, görüşdə ‘‘Avropa Azərbaycan Dostları Mәrkәzi’’, ‘‘Niderland-Azərbaycan Odlar Yurdu’’, ‘‘Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi’’ cəmiyyətləri, ‘‘Ana Vətən’’ - Niderland Azərbaycanlı Qadınlar Birliyi, ‘‘Niderlandda Azərbaycan Evi’’ təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edib.

Görüşün məqsədi Avropadakı erməni lobbisinin qondarma soyqırım iddiaları ilə bağlı 2015-ci ildə gözlənilən geniş təbliğat planlarına qarşı həyata keçiriləcək tədbirləri müzakirə etmək və məsləhətləşmələr aparmaq olub. Toplantıda çıxış edən diaspor təşkilatlarının rəhbərləri bildirib ki, bədnam qonşularımız ‘‘erməni tarixinin’’ bəzi səhifələrini - qondarma soyqırım məsələsini vaxtaşırı gündəmə gətirməklə dünya ictimaiyyətinin diqqətini öz ölkələrinə cəlb etməyə çalışırlar. 2015-ci ildə isə ‘‘soyqırımın’’ yüzüncü ildönümünü qeyd etməyə hazırlaşan erməni lobbisinin ciddi hazırlıq işləri apardığını, təbliğat vasitələrini genişləndirdiyini bildirən diaspor fəalları bütün bunlara qarşı səmərəli mübarizə aparmaq üçün təşkilatların bu istiqamətdə birgə fəaliyyət göstərməsini təklif ediblər.

Görüşdə həmçinin toplantıda iştirak edən hər bir cəmiyyətin keçiriləcək tədbirlərə dəstək olmaq üçün maddi-mənəvi imkanları müzakirə edilərək iş bölgüsü aparılıb. Nəzərdə tutulan işlərin planlı şəkildə reallaşdırılması üçün qarşıda bir sıra toplantıların keçirilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm