Hava gözəl olacaq
Bizi izləyin

Qırmızı.az

Hava gözəl olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam saatlarında bəzi qərb ryaonlarında və Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-9 dərəcə, gündüz 12-17 dərəcə isti proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm